Azərbaycan nefti bahalaşır
"Azeri Light"ın bir barelinin qiyməti 1,67 % artıb
 
                                Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,08 ABŞ dolları, yaxud 1,67 % artaraq 65,66 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 63,59 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,20 ABŞ dolları və ya 1,9 % artaraq 64,27 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            