XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti bahalaşır, lakin müxtəlif qiymətlər verilir

İki mənbə arasındakı qiymət məlumatı 10 ABŞ dolları həcmində fərqlənir

Azərbaycan nefti bahalaşır, lakin müxtəlif qiymətlər verilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Yerli media xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,09 ABŞ dolları və ya 0,08% artaraq 109,19 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 109,1 ABŞ dolları təşkil edib.

    Lakin oilprice.com agentliyi fərqli qiymətlər verir. 

    Belə ki, "Azeri Light" neftinin 1 bareli 2,68%, ya 3,13 ABŞ dolları bahalaşaraq 119,83 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.