XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti cüzi bahalaşıb

Azeri Light"ın 1 barelə olan qiyməti 0,25% artıb

Azərbaycan nefti cüzi bahalaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,19ABŞ dolları və ya 0,25% artaraq, 76,96 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.