XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

Məlumat dünya bazarlarından gəlib

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 1,76 ABŞ dolları və ya 2,53% artaraq 71,22 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,46 ABŞ dolları idi.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.