Azərbaycan neftinin qiyməti 83 dolları ötdü
"Azeri Light"ın 1 barelinin qiyməti 0,72 % artıb
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 83 dolları ötüb.
Dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 0,6 ABŞ dolları, yaxud 0,72 % artaraq 83,28 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.