Azərbaycan neftinin qiyməti artdı
"Azeri Light"ın 1 barelinin qiyməti 0,55 ABŞ dolları artıb
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti cüzi artıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,55 ABŞ dolları, yaxud 0,7 % artaraq 82,95 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.