XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb

Məlumat dünya birjalarından verilib

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 9,63 ABŞ dolları və ya 8,9% artaraq 117,79 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 108,16 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.