Azərbaycan Ordusunda “Ən yaxşı snayper” VİDEO
Müdafiə Nazirliyi xəbər verir
Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında keçirilib.
Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.
Altı mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “İxtisas atışı”, “Məqbul atışı”, “Snayper müdafiədə”, “Snayper hücumda” və digər çalışmalar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Yarışın yekununda qalib komandalara mükafatlar təqdim olunub.