XƏBƏRLƏR / Hərbi

ABŞ Konqresi Türkiyəyə “F-16”ların satışını təsdiqlədi

Bu barədə Amerikanın Türkiyədəki səfiri Cefri Fleyk deyib

ABŞ Konqresi Türkiyəyə “F-16”ların satışını təsdiqlədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib.

    Bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün “X” səhifəsində məlumat yayıb.

    Amerikanın Türkiyədəki səfiri Cefri Fleykin bəyanatında deyilir: “Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş “F-16” təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin “F-16” donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”.