XƏBƏRLƏR / Münaqişə

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.