XƏBƏRLƏR / Münaqişə

Azərbaycan Pakistana qarşı hərbi hücumları pisləyib

Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin Azərbaycana təşəkkürünü bildirib YENİLƏNİB

Azərbaycan Pakistana qarşı hərbi hücumları pisləyib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin "X" sosial şəbəkəsində paylaşım edib.


    “Biz Hindistanın günahsız mülki insanlara qorxaqcasına hücumu qarşısında Azərbaycanın Pakistana göstərdiyi sarsılmaz dəstəyi yüksək qiymətləndiririk.

    Azərbaycan və Pakistan qardaş olaraq əbədi olaraq bir yerdə olacaqlar!”.

    ***

    10:50

    Azərbaycan Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirib. 

    Bu barədə Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

    Bəyanatda Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənib.

    "Pakistan xalqı ilə həmrəy olaraq günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq", - XİN-in bəyanatında qeyd olunub.

    Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində 26 nəfər ölüb, 47 nəfər xəsarət alıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və Hindistanın beş qırıcısı vurulub.