XƏBƏRLƏR / Münaqişə

Pakistanda 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb FOTO

Pakistanın Milli Təhlükəsizlik Komitəsi məlumat verir

Pakistanda 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb FOTO
ISPR baş direktoru Gen Əhməd Hindistanın hücumu ilə bağlı son vəziyyət haqqında mediaya məlumat verir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın Milli Təhlükəsizlik Komitəsi ölkədəki son vəziyyətlə bağlı brifinq keçirib.

    Komitənin məlumatına görə, Hindistanın hava hücumları nəticəsində Pakistan ərazisində 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb. Hava zərbələri bir neçə məscidin dağılmasına səbəb olub.

    Pakistan rəsmisi Hindistanın 5 hərbi təyyarəsinin vurulduğunu və bir komanda-qərargah məntəqəsinin məhv edildiyini bildirib.