Azərbaycan Pakistandan JF-17C qırıcı təyyarələri alacaq FOTO
Sövdələşmənin məbləği 1,6 mlrd. dollar təşkil edir
Pakistanın Air Operation "Syndicate" nəşrinin məlumatına görə, Azərbaycan Pakistandan müasir JF-17C Block III qırıcı təyyarələri alacaq. Sövdələşmə məbləği 1,6 mlrd. dollar təşkil edir.
Mənbənin məlumatına görə, yeni təyyarələr Azərbaycanın malik olduğu Rusiya istehsalı olan MİQ-29 təyyarələrini əvəz edəcək.
JF-17-nin üstünlüyü ondadır ki, onlar öz xüsusiyyətlərinə görə regionda mövcud olan Mİ-29 və SU-25 təyyarələrindən üstündür. Bundan başqa, Pakistanın istehsal etdiyi qırıcı təyyarələr C-300 RƏM sisteminə qarşı mübarizə aparmaq imkanına malikdir.
Bunun Pakistanın Hərbi-Sənaye Kompleksinin ən böyük ixrac sövdələşməsi olduğu qeyd edilir. Müqavilə təyyarələrlə yanaşı, döyüş sursatlarının tədarükünü və pilotlara təlim keçilməsini də ehtiva edir.
JF-17C Block III bu növ qırıcıların sonuncu modifikasiyasıdır. Təyyarə müxtəlif növlü 8 raket, müasir radarları və elektron müdafiə sistemlərini daşıya bilir.
Açıq mənbələrin məlumatına görə, bu təyyarənin qiyməti 25 mln. dollardır. Sövdələşmə məbləği bir milyard yarım dollardan çox olduğuna görə, Azərbaycanın hərbi təyyarə parkını tamamilə yeniləyəcəyini demək olar. Yəni təxminən 60 ədəd JF-17C Block III təyyarəsi alınacaq.