XƏBƏRLƏR / Hərbi

Paşinyan ordu rəhbərliyi ilə görüşdü

Bu barədə "Sputnik Armenia" xəbər verib

Paşinyan ordu rəhbərliyi ilə görüşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində toplantı keçirib. "Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Toplantıda hərbi rəhbərlik, eləcə də hökumət nümayəndələri iştirak edib.

    Bildirilib ki, iclasda Paşinyana hərbi sferada aparılmış islahatlarla bağlı hesabat verilib. Həmçinin Ermənistan baş naziri 2022-ci ildə nazirliyin gördüyü işlər barədə məlumatlandırılıb.