Azərbaycan rekord həddə qızıl ixrac edib
Məlumatı Dövlət Statistika Komitəsi yayıb
İlin birinci yarısında Azərbaycan rekord həddə - 23,8 ton qızıl ixrac edib.
Satışların ümumi həcmi 3,636 milyard dollar təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, əsas alıcı Böyük Britaniya olub və buradan 3,468 milyard dollar dəyərində 21,9 ton ixrac edilib.
Bundan əlavə, İsveçrə 167,7 milyon dollar dəyərində 1,9 ton qızıl idxal edib.
1 dəqiqədən az