"Azərbaycan sərvətlərinin talanması qəbuledilməzdir"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə deyib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Laçın yolundakı vəziyyətə münasibət bildirib. Nazir bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransındakı çıxışı zamanı danışıb. "Laçın yolundakı hadisələr Ermənistan üçün səmimilik sınağıdır. Azərbaycan sərvətlərinin talanması qəbuledilməzdir. Can Azərbaycanla əməkdaşlığımız davam edəcək", - deyə Çavuşoğlu söyləyib.
O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin davam etdiyini bildirib.