"Avropada nə əməkdaşlıq var, nə də təhlükəsizlik..."
Bunu ATƏT haqqında Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi deyib
"ATƏT böhran içindədir, təşkilat ilkin vəzifələrindən uzaqlaşıb".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktoru İqor Kapırin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) haqda "RİA Novosti"yə deyib.
"Avropada nə əməkdaşlıq var, nə də təhlükəsizlik və hər ikisinin olmamasını müzakirə etmək imkanı da yoxdur", - Kapırin əlavə edib.