Putin: Laçın gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq
Bunu Rusiya Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında bəyan edib
Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq. Bunu çərşənbə axşamı Moskvada MDB Dövlət Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin deyib.
“Hər il biz Birliyin mədəniyyət paytaxtını seçirik və bu, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan canlı, yaradıcı və humanitar tədbirlər mərkəzinə çevrilir. İndi bura Səmərqənddir. Gələn il təklif olunan qərar layihəsinə uyğun olaraq estafeti Azərbaycanın Laçını qəbul edəcək”, - deyə Putin bildirib.