XƏBƏRLƏR / Sanksiya

Azərbaycan şirkətlərinə qarşı sanksiyalar ləğv edilib

Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev deyib

Azərbaycan şirkətlərinə qarşı sanksiyalar ləğv edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Husev "İnterfaks-Ukrayna" agentliyinə müsahıbəsində bildirib ki,  Aİ sanksiyalarını pozaraq Rusiyadan neft ixrac edən Azərbaycan şirkətlərinə qarşı sanksiyalar ləğv edilib.

    Səfir qeyd edib ki, Azərbaycan şirkətlərinin müvafiq məhdudiyyətlərə riayət etməsini təmin etmək üçün Ukrayna ilə əməkdaşlıq edir.

    "Biz bu prosesləri yaxından izləyirik və Azərbaycan şirkətlərinin bütün sanksiya məhdudiyyətlərinə riayət etməsini təmin etmək üçün Azərbaycan tərəfi ilə əməkdaşlıq edirik. Biz bu məsələləri daim Azərbaycanlı tərəfdaşlarımızla müzakirə edirik və onların anlayışına və əməkdaşlığına görə çox minnətdarıq", - Husev bildirib.