BLOQ

Azərbaycan-Türkiyə şahmatı

"Castling" gedişini kim edəcək?

Azərbaycan-Türkiyə şahmatı
  • Oxuma müddəti:

    7 dəqiqə

  • İndiki geopolitikada cari siyasi hadisələr, XX əsrdəki kimi, yer üzündə baş tutmur.
    Ən modern, futuristik layihələr indi göy üzündə, kosmik səmalarda reallaşır, planlaşdırılır. İcraçıları “AEROKRATİYA” adlanır.
    Deşifrələsək indi bu adı:

    Dünya aviadaşııyıcılıq bazarı indi iki div şirkət - Amerikanın “The Boeing Company” ilə Fransanın "S.A.S." (Société par Actions Simplifiée ), "Airbus" şirkətləri arasında ata malı kimi tən ortadan bölüşdürülüb.

    Azərbaycanla Türkiyə arasındakı son soyuq müharibə "şaxtası" da zahirdə görünən “Türban, yoxsa Vatan” mövzusu bağlı deyil. Məhz bax bu iki inhisarçının, iki fərqli AEROKRATİYA lobbiçinin zidd maraqları ilə əlaqədardır.

    Azərbaycanın bu futuristik KOSMİK SAVAŞlara qoşulması təqdirəlayiqdir, Prezident İlham Əliyevin siyasi uzaqgörənliyini sərgiləyir.

    Beynəlxal geopolitikanı müasir borsa, iqtisadi məzmunu ilə zənginləşdirməyi bacarıb. Uranı zənginləşdirib sanki.

    Bu, Bakıya, gələcəyin futuristik projelərinə, AEROKRATİYA elitasına daxil olmaq fürsəti vəd edir.

    Maraqlarımız, gördüyümüz kimi, təkcə yerüstü ТМТМ ( Middle Corridor), adam diliylə desək, “Zəngəzur dəhlizi” layihəsi ilə məhdudlaşmır.

    Bilin: kosmik, beynəlxalq hava yollarında cərəyan edən ""S.A.S." - "Boeing” savaşında Azərbaycanın çox ciddi, bəlkə də həlledici iştirakı var. Beynəlxalq aerokratiya borsasında səhmdar olmadan, Bakı futuristik layihələrə dəvət almazdı.

    Xatırladıram: Fransa Aerokosmik Sənayesində erməni lobbisi ciddi, agır çəkili səhmdardır. Yəni, İrəvanla Bakının əsas döyüş ərazisi quruda yox, havadadır.
    Hələ 2018-ci ildə Prezident İlham Əliyev “Boeing Commmercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Əməkdaşlıq, ortaq geopolitik maraqıar o zamandan start götürüb.

    Azərbaycanla Türkiyənin birgə məhsulu olan “TURAN” projesi Mərkəzi Asiya coğrfasiyasına, quru ərazisinə yox... səmasına iddialıdır.

    Masada çoxmilyardlıq investisiya keysləri, gələcək aerokosmik inşaat strukturlarının inşaat meydançaları taleyi həll edilir.

    Səmadakı bu “Orta dəhliz”də Türkiyə ilə Azərbaycanın biznes maraqları əvvəl eyni idisə, indi tam fərqlidir. Yol ayrıcındayıq. Münasibətlər tam qütbləşib.
    “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı”ndan azca əvvəl, 5 oktyabrda Türkiyə ilə Fransa çox maraqlı, ancaq Azərbaycanın “Boeing Commmercial Airplanes” maraqlarına ciddi xələl gətirəcək bir saziş imzaladılar.

    Dövrü mətbuatda deyilir: “Türkiyə və Fransa arasında imzalanan Müdafiə  Əməkdaşlığı Yol Xəritəsi hibrid təhdidlərlə mübarizə, kəşfiyyat məlumatlarının mübadiləsi və hava hücumundan müdafiə sahələrində daha sıx əməkdaşlığı nəzərdə tutur.

    Türkiyə Milli Müdafiə Nazirliyi iki ölkə arasında imzalanan Müdafiə Əməkdaşlığı Yol Xəritəsinin hibrid təhdidlərlə mübarizə, kəşfiyyat məlumatlarının mübadiləsi və hava hücumundan müdafiə sahələrində daha yaxın əməkdaşlığa xidmət etdiyini açıqlayıb.

    Yol xəritəsi iki ölkənin müdafiə qurumları arasında təmasları müntəzəm hala gətirəcək. Ankara və Parisdə bir sıra görüşlər keçiriləcək, ilk görüşün ilin son rübündə baş tutması planlaşdırılır.

    Ankara danışıqlarda tədarüklə yanaşı texnologiya mübadiləsi, birgə istehsal və Türkiyə müdafiə sənayesinin layihəyə inteqrasiyası məsələlərini də gündəmə gətirir. Avropa tərəfində Eurosam, MBDA və Thales, Türkiyə tərəfində isə ASELSAN və ROKETSAN prosesin iştirakçılarıdır.

    Ölkələr 2017-ci ildə hava və raket hücumundan müdafiə sahəsində niyyət bəyanatı imzalayıb. Eurosam 2018-ci ildə ASELSAN və ROKETSAN ilə Türkiyənin uzunmənzilli sisteminin müəyyənləşdirilməsi üçün müqaviləsinə qol atıb. Proses sonrakı illərdə siyasi fikir ayrılıqları səbəbindən dayandırılıb.
    Son cümləyə xüsusi diqqət verək. 2018-ci ildən başlayaraq Fransanın Gürcüstan, Ermənistanda gizli saray çevrilişləri edərək Salome Zurabişvilini, Nikol Paşinyanı hakimiyyətə gətirməsi Ankara tərəfindən cavabsız qalmamışdı. Bakı ilə sıx hərbi əməkdaşlıq, nəhayət 2020-ci il İkinci Qarabağ müharibəsində Ankaranın iştirakı Güney Qafqazda 2018-ci ildə bax bu status-kvonun pozulması ilə əlaqədardır.

    Diqqət edin.
    Türkiyə-Fransa əməkdaşlığı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısından cəmi on gün əvvəl imzalanıb.
    Bu Ankara-Paris sazişi bayaq danışdığımız Fransanın "S.A.S." (Société par Actions Simplifiée ) şirkətini Ərdoganın müasir biznes ortağına çevirir. 
    Azərbaycanın lobbisti isə "The Boeing Company"dir.

    Bakıdakı bu son AQEM zirvəsində Turan səması mövzusu, biznes keysi bu iki şirkətin birinə nəsib olmalıydı.

    Ankaranın "S.A.S." lobbiçisinə çevrilməyi Cənubi Qafqazda Fransa ilə hərbi, siyasi, kəşfiyyat əməkdaşlığına imza atması dəngələri dəyişdi. Parislə əməkdaşlıq Ankaranın Suriyada, Livanda İsrailə qarşı özünə yeni müttəfiq axtarışı ilə də bağlıdır.

    Paris və Ankara tandemi Tel-Əvivə qarşı mübarizənin baş flaqmanıdır indi.
    Parislə hərbi əməkdaşlıq Ankara üçün təkcə Cənubi Qafqazla kifayətlənmir. Suriyanı, Livanı əhatələyir.

    Bakı-Ankara "funikulyor xəttindək"i "texnogen qəza", “Türban, yoxsa Vatan?” bəhanəsi heç də təsadüfü deyil. Bu ziddiyyətin ciddi biznes mənşəyi mövcuddur.
    Ziddiyyət soyumayacaq. Daha da alovlanacaq get-gedə.

    Masaya “Turan səması” keysi atılıb.

    Azərbaycan Turanla, İsraillə, ABŞ-la biznes düşərgədədir.

    Ankara Parislə, müəyyən qədər İranla bir başqa biznes düşərgəsindədir.
    Vaxtı ilə 1920-ci il 28 apreldə dövlət çevrilişi anti-qəhrəmanı Çingiz İldırım həm Britaniya agenti idi, həm də Moskva agenti. Parlament tribunasından ultumatumunu səsləndirənə qədər özü də bilmirdi sağ cibindəki London, yoxsa sol cibindəki Moskva mətnini oxusun. Son anda arxadan çiyninə vurdular ki, sol cibindəkini oxu.

    Bu günkü “Bakı-Ankara-Paris-Vaşinqton-İsrail-İran” biznes oyununda da son məqam daha əhəmiyyətlidir. Nəinki ilk abzas.

    İranda  "S.A.S.", "Airbus" lobbisti Milli Məclisin sədri Məhəmməd Qalibafdır. İrandaxili siyasi qütbləşmələrdə bir başqa dəstə "The Boeing" keysini açsa, ssenari qəfil öz ətrafında 180 dərəcə dönüş edə bilər.

    Klassik şahmat sonluğu bu cür “Greet gems” gedişinə möhtacdır. Şahmatda buna “Qala qurma” ( Castling) deyilir. Qrosmeyster əlinin bu gedişini gözləyək.