Paşinyan çıxışlarında tez-tez bənzətmələrə, obrazlı təfəkkürə, fikirlərini üstüörtülü şəkildə çatdıran deyimlərə əl atır. Ancaq belə olsa da, aşkar olanı gizlədə bilmir.
Xüsusilə aprelin 10-da parlamentdə çıxış edən Ermənistan lideri qeyd edib ki, “2022-ci ilin sentyabr müharibəsindən sonra” “Mən birmənalı şəkildə və nəhayət əminəm ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin tanınması və möhkəmləndirilməsi ölkəmizin qısa, orta və uzunmüddətli təhlükəsizliyinin təmin edilməsində əlavə və həlledici amil ola bilər”.
Yəni, sentyabrda sərhəddəki gərginləşmədən əvvəl o, öz dili ilə desək, “tarixi” (daha sadə desək, mifik) Ermənistanın rəvayətlərini təbliğ etməyə ümid edirdi. O qeyd edib ki, özü də çoxdan “tarixi Ermənistanın psixologiyası və ənənəsinin” (Ermənistan “dənizdən dənizə” – öz qeydi.) daşıyıcısı olub. Və Bakı ilə qarşıdurmada yalnız növbəti məğlubiyyət onu 2022-ci ilin oktyabrında real vəziyyətlə razılaşmağa və “real” Ermənistanın reallıqlarını qəbul etməyə məcbur etdi.
Yəni o, dolayısı ilə, Bakının güclü təzyiqinin effektivliyini və səmərəliliyini tanıdı. Belə çıxır ki, Azərbaycan 44 günlük müharibədə qalib olmasaydı, sonrakı aylarda və illərdə Qarabağda erməni quldur dəstələrini məğlub etməsəydi, Ermənistan cəmiyyəti, o cümlədən Paşinyan özü də mövcud olmayan dövlət kimi düşünərdi.
Paşinyan mahiyyətcə etiraf etdi ki, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı Praqa sazişləri ilə razılaşmağa onu məcbur edən bizik.
Belə çıxır ki, Azərbaycan bütün bu illər ərzində, yumşaq desək, bipolyar affektiv pozğunluq vəziyyətində olan rəhbərliyin başçılıq etdiyi erməni cəmiyyətini müalicə edən və yəqin ki, müalicə etməkdə davam edən terapevt kimi çıxış edib.
Onlari, br tərəfdən, mövcud kədərli vəziyyətdən depressiyaya düşürlər, digər tərəfdən, ən qədim və ən böyük olduğunuzu düşünməyə davam edir və bunu gündəlik reallıqda təcəssüm etdirməyə çalışırlar.