BLOQ

Çingiz Mustafayev adına Fond müsabiqə elan edir FOTO

Müsabiqənin mükafatlandırılma mərasimi avqustun sonlarında keçiriləcək

Çingiz Mustafayev adına Fond müsabiqə elan edir FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli Qəhrəman Çingiz Mustafayevin 63 yaşı münasibətilə hərbi vətənpərvərlik mövzusunda “Ən yaxşı yazı” müsabiqəsi elan edib.

    Müsabiqəyə təqdim olunmuş aşağıdakı yazılarda üstünlük veriləcək:

    -  Materialların nəzərdə tutulan mövzunu dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti.

    - Müsabiqəyə 2023-cü il avqustun 27-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

    - Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

    - Yazılarda işarə məhdudiyyəti yoxdur.

    - Yazıda “Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "Ən yaxşı yazı" müsabiqəsinə təqdim olunur" qeydi olmalıdır.

    Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərt deyil.


    Müsabiqə üçün yazılar aşağıdakı e-mailə göndərilməlidir:
    info@chingizmustafayev.org

    Təqdimat məktubunda yer almalıdır: • yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı; • yazı təqdim edən şəxsin fotosu; • müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə); • yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link.

    Müsabiqənin mükafatlandırılma mərasimi avqustun sonlarında keçiriləcək.
    Əlaqə telefonu: (012) 430 20 66, (050) 222 02 93