SEÇKİ - 2024
Beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərdə seçkiləri müşahidə etməyə niyə getmirlər?
MSK sədri beynəlxalq müşahidəçilərə çağırış etdi
İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə seçkilər keçirilir.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
“Ona görə də beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərdə seçkiləri müşahidə etməyə dəvət edirik. Beynəlxalq müşahidəçilərin ölkəyə gələn kimi Xankəndiyə, digər ərazilərə getməməyi təəccüb doğurur. Əgər beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərə getmirlərsə, siyasi mövqe nümayiş etdirmiş sayılırlar”, - o qeyd edib.