BLOQ

"Ruben "Artsax"a gedir?!" şeirinin astarı və üzü haqqında...

Bu şeiri Abdulla Şaiqin məşhur "Tülkü həccə gedir" şeirindən ruhlanıb yazıram

"Ruben "Artsax"a gedir?!" şeirinin astarı və üzü haqqında...
  • Oxuma müddəti:

    13 dəqiqə

  • XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan Rusiya İmperiyasının tərkibində olarkən, ölkəmizdə təhsilin səviyyəsi qənaətbəxş deyildi. O zaman Rusiya İmperiyasının rəsmi sənədlərində indiki Azərbaycanın ərazisində yaşayan yerliləri dininə görə müsəlman, millətinə görə tatar adlandırırdılar.
    Təhsil ocaqlarından Azərbaycan dilində, əsasən, “Quran” dərsləri tədris edən mədrəsələr və rus dillində ümümtəhsil məktəbləri var idi. Bu səbəbdən imkanlı yerlilər uşaqlarına ümümtəhsil savadı vermək və gələcəkdə dünya təhsil proqramına inteqrasiya etmək məqsədilə onları rus məktəblərində oxudurdular. Məsələn, yəqin çoxlarınız üçün təəccüblü görünər ki, Azərbaycan Demokratik Respublikasının ilk Baş naziri Fətəli xan Xoyski və bir sıra digər nazir və parlaman üzvləri üçün əsas ünsiyyət dili rus dilli idi və təhsillərini rusca aldıqlarından onlar türkcə çox da yaxşı danışmırdılar…
    Lakin vəziyyəti düzəltmək lazım idi. Bunun üçün bir sıra vətənpərvər ziyalılarımızın doğma dilimizdə ümümtəhsil məktəbləri açmaq cəhdləri İmperiya kanselyariyasının dəhlizlərində itib-batırdı… Onda birgə məktəblər yaratmaq ideyası yarandı. Dostlarım bilir ki, mənim babam Əliməmməd Mustafayev dostları və həmkarları Soltan Qənizadə, Həbib Mahmudbəyov, Ağa Əli Həsənov, Süleyman Sani Axundov, Abdulla Şaiq və digərləri ilə birlikdə ilk Rus-Tatar məktəblərinin banilərindən olub. Həmin məktəblər gələcəkdə Azərbaycana Məhəmməd Əmin Rəsulzadə, Mirzağa Əliyev, Üzeyir bəy Hacıbəyov, Ceyhun bəy Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Hüseyn Ərəblinski, Məmməd Yusif Cəfərov, Seyid Hüseyn, Süleyman Rüstəm, Cəfər Cabbarlı və digər vacib və ölkə üçün ictimai xadimlər hazırlamışdı. Cəmi iki və ya dörd il təhsil verən bu məktəblərin məzunları sayəsində Azərbaycan kimi bir ölkə, onun ictimai-siyasi və mədəni-maarif binövrəsi yaranmışdı.
    Ruben Vardanyan rusiyalı erməni milyarderi, 2010-cu ildə Moskvada “Skolkovo” adlı yeni texnologiyaların inkişafı üçün müasir elmi və texnoloji innovasiya təhsil kompleksinin yaradıcılarındandır. Qarabağın ermənilər yaşadığı ərazilərində də Ruben Vardanyan bir neçə müasir təhsil ocaqlarının yaradılmasına imza atıb. Və 2022-ci ildə Azərbaycanın etnik azlıqları sayılan erməniləri dəstəkləmək məqsədilə Rusiya vətəndaşlığından imtina edərək təməlli olaraq Qarabağa köçüb. Dediyinə görə, əsas səbəblərdən biri ermənilərin məskunlaşdığı ərazilərdə, ilk növbədə, təhsil məsələlərini beynəlxalq səviyyəyə qaldırmaqdır. Açıqlanan məqsədlər aydındır, amma hər bir daşın su üstündən də axır, altından da… Amma son nəticədə zaman bir çox məsələlərə aydınlıq gətirir.
    Hələ 1927-ci ildə Əliməmməd babanın dostu və həmkarı, Böyük Azərbaycanlı müəllimi Abdulla Axund Talıbzadənin (Abdulla Şaiq - müəllif) “Tülkü həccə gedir” şeiri “Azərnəşr” nəşriyyatında həyat üzü görüb. Artıq 100 ilə yaxındır ki, biz Azərbaycanlılar bu nağılı oxuyur və ondan ibrət dərsi götürürük. Lakin zəmanə dəyişir, texnologiyalar və baxış küncləri dəyişir. Dəyişməyən yalnız insanın tamahıdır. Tamahın isə, bildiyiniz kimi, milliyyəti olmur.
    Ruben Vardanyanın, erməni mənşəlli milyarderin, Rusiyanın “Sberbank”, “Troyka Dialoq”, “Skolkovo” təhsil mərkəzi və s. qurumlarının rəhbərlərindən biri kimi Qarabağa gəlməsi və əziz Abdulla müəllimin “Tülkü həccə gedir” şeirindən ilhamlanaraq, “Ruben “Artsax”a gedir” şeirini yazıb açılmayan gözlərin işıq üzü görməsi üçün məşğulat tədavisini təqdim edirəm.
    Hörmətli Dostlar, özünüz oxuyandan sonra uşaqlarınıza oxumağı unutmayın.
    RUBEN “ARTSAX”A GEDİR?!
    Ruben qocalmış idi,
    Sanksiyalanmış idi,
    İş keçmirdi əlinə,
    Pul gəlmirdi cibinə.
    Rusiyada qalıb ac,
    Dolanırdı yalavac.
    “Z” hərfi, Putin kişi,
    Qarışdırmışdı işi.
    Günü olmuşdu qara,
    Düşündü, tapdı çara.
    Lonjin saat əlində,
    Monblan çanta belində,
    Prada eynək gözündə,
    Zeyna köynək əynində,
    Lui Viton çiynində,
    Armani cins içində.
    Qarabağa gedirdi,
    Çölləri seyr edirdi;
    Olmuşdu mömin ağa
    Gəlib çatdı “Artsax”a.
    Kənd ağzında bir dığa
    Gəzir dala-qabağa.
    Gördü ki, Ruben lələ,
    Girmiş başqa bir halə.
    Gəlir Lonjin əlində,
    Monblan çanta belində,
    Ağlayır, dərd-sər çəkir,
    Gözündən qan-yaş gəlir...
    Dığa durub uzaqdan
    Baxdı ona bir zaman.
    Dedi: - A Ruben lələ,
    Neçin girdin bu halə?
    Yoxsa sənə, ey baba,
    Üz veribdir bir bəla?
    Ruben başın salladı,
    Hönkür-hönkür ağladı.
    Dedi: - Hayreni dığa,
    Tsavertanem matağa!
    Canım çıxıb, ölmüşəm,
    Sanksiyaya düşmüşəm.
    Köməyinə gəlmədim,
    Türk başını kəsmədim.
    Daha üzüm qaradır,
    Qəlbim dolu yaradır.
    Vətənimə gəlmədim,
    Varı rusa xərclədim.
    Fahişələrə pul verib,
    Keyfimə keyf demədim.
    44 qara gün sizə
    Var-yox xəyanət etdim.
    Sizə silah yerinə,
    Pulu Rols Roysa verdim
    Stepanakert yerinə,
    London, Parijə getdim.
    Qareginin yerinə
    Putinə səcdə etdim.
    Mənim günahım çoxdur,
    Halıma yanan yoxdur.
    Mən “Artsax”a gəlmişəm,
    Türklərə “Qan!” demişəm.
    Nikimi Njde edirəm,
    Türk qırmağa gedirəm.
    Dığa dedi: - Ruben can,
    Sənə bu canım qurban!
    Daha bəsdir, ağlama,
    Ürəyimi dağlama!
    Haqq yolunu bulmusan,
    Artıq Martik olmusan,
    Qocalmısan, ay lələ,
    Ağ saçın var bir şələ.
    Səni döyüşlər yorar,
    Məni özünlə apar.
    Qoca-qadın əzərəm,
    Uşaq başı kəsərəm.
    Ruben baxdı həsrətlə,
    Cavab verdi hörmətlə:
    -Sağ ol, hayreni dığa,
    Tsavertanem matağa.
    Yollar uzun, burama,
    Tez ol, gəl düş arxama.
    Hər gün döyüş zamanı
    Qaldır qılınc, qalxanı.
    Kəs Türklərin başını,
    Tök Azəri qanını.
    Dığa qürurla doldu,
    Dovşan dönüb şir oldu.
    Dizləri yerə dəydi,
    Sahibinə baş əydi.
    Öpdü əl-ayağını,
    Üzünü, qulağını.
    Bir az söhbət etdilər,
    Yola düşüb getdilər.
    Gəldilər kəndə yaxın,
    Erməni axın-axın,
    Tarlada əylənirdi,
    Taxıl, yoncə əkirdi.
    Gördülər Ruben lələ
    Giribdir başqa halə.
    Lonjin saat əlində,
    Monblan çanta belində,
    Prada eynək gözündə,
    Zeyna köynək əynində,
    Lui Viton çiynində,
    Armani cins içində.
    Gedir yol ilə birbaş,
    Dığayla olub yoldaş.
    Kəndlilər danışdılar,
    Bu hiyləyə çaşdılar.
    Ermənilərdən biri
    Gəldi bir az irəli.
    Dedi: - A lovğa Ruben,
    Troyka dialoq Ruben!
    Sən bizimlə olmadın,
    Torpağı qorumadın.
    Ruslarla tüm gecələr,
    Millətindən bixəbər
    Keyf eləyib, çalırdın,
    Yeyib-içib yatırdın.
    Yoxmu bizim canımız,
    Axıdılan qanımız?
    Sən pullar qazananda,
    Vətən yaddan çıxanda,
    Biz burda vuruşurduq,
    “Artsax”ı qoruyurduq.
    Laqeytliyini görüb,
    Sənə qarqış tökürdük.
    Qəbul olmuş duamız,
    Səni tutmuş ahımız.
    Ruben alışdı-yandı,
    Kömür kimi qaraldı.
    Sonra başın salladı,
    Hönkür-hönkür ağladı.
    Dedi: - Düzdür, can dığa,
    Tsavertanem matağa!
    İndi üzüm qaradır,
    Qəlbim dolu yaradır...
    Qocalmışam, düşmüşəm,
    Sizi çox incitmişəm.
    Daha tövbə etmişəm,
    Vətənimə gəlmişəm.
    Sizi tənha qoymaram,
    Türkə aman açaram.
    Var-yoxumu sərf edib,
    Torpağı qaytararam.
    Nikimi Njde edirəm,
    Türk qırmağa gedirəm.
    Kəndlilər mat qaldılar,
    Rubenə yan aldılar,
    Çaşdılar bu sözlərə,
    Qan-yaş doldu gözlərə,
    Söylədilər: - Ay lələ!
    Qurban bu şirin dilə!
    Xasiyyətin dəyişmiş,
    Nə gözəl işdir bu iş!
    Amandır, Ruben lələ,
    Bizi apar özünlə.
    Ruben dedi: - Nə olar,
    Gəlin, gedək, balalar!
    Qalxdı gəldi cümləsi,
    Ermənilərin səsi
    Çulğaladı hər yanı,
    Kəndi, çölü, ormanı.
    Bir dığa oldu zirək
    Qalxdı dama sevincək:
    - Türkə ölüm! - Çəkdi car, -
    Olduq bizlər bəxtiyar:
    “Aydın olsun gözünüz,
    Gəlin, görün özünüz.
    Ruben silah paylayır,
    Müsəlman qan ağlayır.
    Bitdi deyir bu kişi,
    Azərbaycanın işi;
    Türklər qorxub qaçacaq,
    “Artsax” “azad olacaq!”.
    Kənddə bütün kişilər,
    Bundan tutunca xəbər,
    Bir-birinə baxışdı,
    Küyə düşdü, axışdı:
    İşi doğru bildilər,
    Hər tərəfdən gəldilər.
    İnandılar Rubenə,
    Şirin sözlər deyənə.
    Birdən Araik qalxdı,
    Gözlərə şalban taxdı.
    Dedi, Ruben, amandır,
    Dedikləri yalandır.
    Onu Moskva göndərib,
    Get padşah ol söyləyib,
    Qarabağı qarışdır,
    Yerevana get deyib.
    Hara gedirsiz, niyə?
    Türkləri öldürməyə?
    Min doqquz yüz on səkkiz
    Deyil artıq, ay fərsiz.
    Doxsan iki də deyil,
    Türklər sülənmir veyil.
    Azərbaycan yamandır,
    Başa dronlar salandır.
    Kəsər tüm nəslimizi,
    Qalmaz Hayastan izi.
    Millət qalxdı ayağa,
    Ruben çıxdı qabağa.
    Dedi bu bivec satqın,
    Layiqdir daş-qalağa.
    Qalxın gedək irəli,
    Biçək bütün türkləri.
    Düz deyəni vurdular,
    Yalançıya uydular.
    Hamı sevincə batır,
    Göyə güllələr atır.
    Bir az söhbət etdilər,
    Düz davaya getdilər,
    Çavuş oldu birisi,
    Basdı kəndi cır səsi,
    Keçdi dəstə başına.
    Papaq endi qaşına,
    Əlində uca bayraq,
    Oxuyurdu, o şaqraq.
    Dəstə şən, təmtəraqla,
    Gedir çavuş bayraqla,
    Ruben düşmüş irəli,
    Arabir dönüb geri
    Gizli-gizli baxırdı,
    Qaçmağa yol tapırdı.
    Döndülər bir az tinə,
    Çatdılar türk kəndinə.
    Ruben dayandı, durdu,
    Başladı, hiylə qurdu,
    Dedi: - Keçin qırağa,
    Tsavertanem matağa!
    Döyüş vaxtıdır, dayan!
    Qalxsın qılınc və qalxan!
    Sıralara tez durun,
    Döyüş üçün səf qurun!
    Olsun Artur komandir,
    Cəsur, qorxmaz və nadir!
    Bağırdılar: - Yox, olmaz,
    Erməniyə yaraşmaz.
    Əslində komandanlıq
    Sənin şəninə layıq.
    Ruben dartdı özünü,
    Turşutdu üz-gözünü.
    Dedi: - Məndən çəkin əl!
    Olmuşam çox bədəməl
    Satmışam Vətənimi,
    Anamı, həsrətimi.
    Mənim kimi bir nadan
    Olarmı heç komandan?
    Arturun qalxdı əli
    Gəlib keçdi irəli.
    Ruben dala çəkildi,
    Tam arxaya əkildi.
    Özünü saldı sona,
    Ürəyi yana-yana,
    Hiyləni saz eylədi,
    Durdu belə söylədi:
    - Mən keçmişəm ən sona.
    Ürəyim dönmüş qana.
    Yalvarıram yaradan
    Keçsin günahlarımdan.
    Peşimanam işimdən,
    Bezaram keçmişimdən.
    Artıq tövbə etmişəm,
    Ağlamaq olmuş peşəm.
    Siz davaya başlayın,
    Məni bir ölü sayın.
    Deyib oturdu yerə,
    Ağladı birdən-birə.
    Səflər coşub-daşdılar,
    Döyüşə qalxışdılar.
    Dörd səf düzülmüş idi,
    Gözlər süzülmüş idi.
    Komandan dedi: - Ura!
    Mərmi yağdı başlara,
    Azərbaycan kəndindən,
    Od yağdı daşnaqlara.
    Ruben qaldırdı başın,
    Atdı möminlik daşın.
    Baxdı önə-əyənə,
    Mindi Qalenvagenə.
    Əli bulaşmış qana,
    Düz sürdü Yerevana.
    Sahmanladı işini,
    İtilədi dişini.
    Atdı Lonjin, Pradanı,
    Lui Viton, Zeynanı.
    Baxdı o yan-bu yana,
    Dik atıldı meydana.
    Yığdı bütün milləti,
    Devirdi hökuməti...
    “Artsax”da qırdırdığı,
    Gülləyə atdırdığı,
    Meyitləri gətirdi,
    Qəhrəman adı verdi.
    Məharətlə qırdırdı,
    Təmtəraqla basdırdı!
    Böyük mərasim oldu,
    Şəhər qonaqla doldu.
    Ruben bala dikəldi,
    Moskvadan padşah gəldi,
    Keçib başda oturdu,
    Ruben balanı qovdu.
    Millət çaldı, oynadı,
    Yeni nəsil boyladı.
    Ruben işin ötürdü,
    Pullarını götürdü.
    Çıxdı bir göy yamaca,
    On il yedi doyunca.