Ermənistan ərazisindəki «بجنی» kəndində "Şiə abidələri" aşkarlanıb.
İran Mədəniyyət İrsi və Turizm Nazirliyi Mürtəza Rizvanfərın simasında, sən demə, bir-iki ildir orada "kəşfiyyat işləri" aparır.
Hicri qəməri 600-ci illərə aid məscid xarabalıqları da siyahıdadır.
Məzardaşları Fətəli Şah Qacar dövrünə aiddir.
Məqalə buradakı şiəliyin kökünü nədənsə Şah İsmayıl mirasında yox (!), yoxxxx... guya monqollar vaxtı Xorasandan köçürülmüş farsdilli xalqlarda axtarır.
Burda vaxtı ilə yaşayan azərbaycanlılar barədə dilinin ucuna bircə söz belə gətirmir.
Tarixi kobudcasına saxtalaşdırır.
Hiss edilir ki, Ermənistandakı digər oxşar abidələr barədə də oxşar yalançı "tərcüməyi-hal" qondarılır.
Bəs bizimkilər haradadır?
Haradadır Qərbi Azərbaycan icması?
Niyə İran mətbuatından xəbərsizdirlər?
P. S. Həmin ərazidə ötən əsrin 88-ci illərinə qədər yerli şiə Azərbaycan türkləri yaşayıb. Abidələr də onların halal irsidir. Ancaq məqalə müəllifi üçün, görünür, bu insanlar, bu türklər müsəlman, şiə deyil... Şiə guya Xorasan farslarının mirasıdır...
Heç... qısası, izazdırıcı manevrlər.
Adı keçən həmin ərazilər, Kərki daxil, tezliklə Azərbaycana qaytarılacaq... İrana İrəvandan gedən yol da bu abidələrin olduğu ərazidədir. Bildinizmi, niyə Tehrandakılar ora öz elmi kəşfiyyatını göndərib?