Azərbaycan, Türkiyə və Özbəkistan nazirləri bir araya gəldi
Tərəflər Ankarada xarici siyasət sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər YENILƏNIB/FOTO
15:20
Azərbaycan BMT TŞ-nın qətnamələrinə əsasən İsrail-Fələstin münaqişəsinin iki dövlətli prinsip əsasında həllinin tərəfdarıdır.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən II üçtərəfli görüşünün nəticələrinə dair mətbuat konfransında bildirib.
Nazir Qəzzada əldə edilmiş atəşkəsin önəmi və vacibliyini vurğulayıb, Suriyada baş verən proseslərdə Türkiyənin müsbət roluna diqqət çəkib.
"Yaxın gələcəkdə Suriyada mübət gedən proseslər məhz Azərbaycan, Türkiyə arasında, o cümlədən qardaş Özbəkistanın da fəal iştirakı ilə bizim yeni əməkdaşlıq platformalarımızdan olacaq”, - nazir qeyd edib.
***
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Hakan Fidan və Bəxtiyor Saidov arasında üçtərəfli görüş keçirilib.
Görüş ölkələrin xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində baş tutub.
Tərəflər xarici siyasət sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.