XƏBƏRLƏR / Müttəfiq

Rusiya Ermənistanı KTMT-dən qovmaq istəyir

Bu barədə Rusiya XİN rəhbəri Lavrov danışıb

Rusiya Ermənistanı KTMT-dən qovmaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təşkilatdan mümkün qovulmasını nəzərdən keçirəcək.

    Nazirin sözlərinə görə, KTMT xarici işlər nazirləri Ermənistanın borcu səbəbindən təşkilat üzvünün mümkün qovulması ilə bağlı maddənin tətbiqini nəzərdən keçirmək barədə razılığa gəliblər.

    Qeyd edək ki, Ermənistan rəhbərliyi KTMT-də fəaliyyətini dondurduğu səbəbindən 2 ildir üzvlük haqqı ödəmir.

    Xatırladaq ki, Rusiyanın yaratdığı KTMT-yə daha 5 ölkə daxildir: Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan.