Azərbaycan, Türkiyə və Türkmənistan Sazişi təsdiqləndi
Bu barədə "president.az" məlumat verib
Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan hökumətləri arasındakı sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmanla 2022-ci il avqustun 14-də Türkmənbaşı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Bu Fərmanla Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə və Türkmənistan Hökumətinə bildiriş göndərəcək.