Əliyev və Mirziyoyev Qırğızıstana dövlət səfəri edəcəklər
Daha sonra Prezidentlər Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi görüşünə qoşulacaqlar
Qırğızıstan prezidentin mətbuat katibi Əskat Alagözov bildirib ki, 30 iyul - 1 avqust tarixlərində Tamçı Beynəlxalq Hava Limanından Çolpon-Ata şəhərinə gedən yol vaxtaşırı bağlanacaq.
Onun sözlərinə görə, bu tədbirlər Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dövlət səfərləri ilə bağlıdır.
Bundan əlavə, bu günlərdə Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi məsləhətləşmə görüşü keçiriləcək.
1 dəqiqədən az