XƏBƏRLƏR / Rəsmi

Muxtar Babayev COP29-un Prezidenti müəyyən edilib

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb

Muxtar Babayev COP29-un Prezidenti müəyyən edilib
Muxtar Babayev
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilib.

    Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncama əsasən Muxtar Babayevə COP29-a, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına hazırlıq işlərinin aparılması və sədrliyin həyata keçirilməsi üçün məsul nümayəndələrdən ibarət heyətin formalaşdırılması səlahiyyəti verilib.

    Sərəncamda, həmçinin Azərbaycanın beynəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan COP29-un yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə bütün zəruri tədbirləri görəcəyi də qeyd edilib.