Naxçıvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edilib
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb
Naxçıvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
ARAYIŞ:
Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
İqtisad üzrə fəlsəfə doktorudur.
2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib,
2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2016-cı ilin aprel ayının 18-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Evlidir, iki övladı var.