Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
2026-cı il “Ümumdünya Ətraf Mühit Günü” tədbirinin estafetini Azərbaycan rəsmən qəbul edib

“Ümumdünya Ətraf Mühit Günü” Koreya Respublikasının ev sahibliyi ilə Jeju adasında keçirilib.
Azərbaycanı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavininin rəhbərlik etdiyi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Koreya Respublikasındakı səfirliyimizin nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hər il təşkil olunan tədbirdə estafet 2026-cı il “Ümumdünya Ətraf Mühit Günü” tədbirinin ev sahibi olaraq Azərbaycan tərəfindən rəsmən qəbul edilib.