Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə
Almaniyanın Berlin şəhərində keçirilmiş görüşə dair Azərbaycan XİN-nin mətbuat məlumatı
Nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
Səfər çərçivəsində nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.
Qeyd edək ki, eynli mətnli məluatı Ermənistan xarici işlər nazirliyi də yayıb.