MDB XİN Şurasının növbəti iclası Qazaxıstanda keçiriləcək
Bu barədə TASS xəbər verir
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2025-ci il aprelin 11-də Qazaxıstanda keçirilməsi planlaşdırılır.
Bu barədə TASS xəbər verir.
"Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının tarixi və yeri barədə qərar qəbul edilib. 11 aprel 2025-ci ildə Qazaxıstanda baş tutacaq", - MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.