XƏBƏRLƏR / Diplomatiya

Çin Ukraynadan Vladivostoka zərbə endirməməsini xahiş edib

Bu günlərdə Çin nümayəndə heyəti Şərq İqtisadi Forumunda iştirak etmək üçün Rusiyanın Vladivostok şəhərində səfərdədir

Çin Ukraynadan Vladivostoka zərbə endirməməsini xahiş edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rəsmi Pekin Ukraynadan Çin nümayəndə heyətinin səfəri zamanı Vladivostoka zərbələr endirməməsini istəyib

    Kyodo agentliyi mənbələrə istinadən xəbər verir ki, Kiyev bununla razılaşıb və Şərq İqtisadi Forumu zamanı şəhərə hücum etməyəcəyinə söz verib.

    Qeyd edək ki, Ukrayna sərhədindən Vladivostok şəhərinədək məsafə 7300-7400 kilometr təşkil edir. Ukrayna silahları (dron və raketləri) indiyədək belə uzaq məsafəni qət etmək iqtidarında olmayıb.