XƏBƏRLƏR / Diplomatiya

Məsud Pezeşkian Tehranda Hikmət Hacıyevi qəbul edib

Bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" hesabında məlumat yayıb

Məsud Pezeşkian Tehranda Hikmət Hacıyevi qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib.

    Bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" hesabında məlumat yayıb.

    Görüşdə H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.

    İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian salamlara və dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.