XƏBƏRLƏR / Diplomatiya

Azərbaycan və Slovakiyanın konsulluq xidmətləri görüşüb

Bu barədə xarici işlər nazirliyindən xəbər veriblər

Azərbaycan və Slovakiyanın konsulluq xidmətləri görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda Azərbaycan və Slovakiyanın konsulluq xidmətləri arasında ilk məsləhətləşmələr olub.

    Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin müdiri Emil Səfərov, Slovakiya nümayəndə heyətinə isə Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin konsulluq departamentinin direktoru Martin Barton rəhbərlik edib.

    Məsləhətləşmələrdə hər iki tərəfin xarici işlər nazirliklərinin müvafiq struktur bölmələrinin əməkdaşları, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi və Slovakiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.

    Məsləhətləşmələr zamanı iki ölkə arasında konsulluq sahəsində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.