XƏBƏRLƏR / Diplomatiya

ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Bakıdadır

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Deyvid Aleni qəbul edib

ABŞ-ın  Ermənistandakı müvəqqəti işlər vəkili Bakıdadır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 8 sentyabr tarixində xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Aleni qəbul edib. Görüşdə həmçinin ABŞ-nin ölkəmizdəki müvəqqəti işlər vəkili Emi Karlon da iştirak edib. 

    Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəlilədilməsi, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib. 

     Görüş zamanı həmçinin Elnur Məmmədovun Vaşinqton Sülh Sammitinin ildönümü münasibətilə ABŞ-yə etdiyi səfərin nəticələri və imzalanmış üçtərəfli bəyanat, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası istiqamətində aparılan fəaliyyət, habelə marşrutla bağlı infrastrukturun inşasına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

    Bundan əlavə, Azərbaycan-ABŞ ikitərəfli gündəliyi və Strateji Tərəfdaşlıq Xartiyasında əks olunmuş istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivlərinə nəzər salınıb.