Azərbaycan və İran Naxçıvana dəmir yolu haqda danışıblar
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (AZD) sədri Rövşən Rüstəmov “X” sosial şəbəkəsində yazıb FOTO
Azərbaycan və İran Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin tikintisini müzakirə ediblər.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (AZD) sədri Rövşən Rüstəmov “X” sosial şəbəkəsində yazıb.
“Biz İrana rəsmi səfər çərçivəsində bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sardroudi ilə görüşmüşük. İran ərazisindən Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikasına əlavə olaraq, Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini nəzərdən keçirdik və Azərbaycan Dəmir Yollarının hər iki marşrutun inkişafı istiqamətində atdığı addımlardan, eləcə də gələcək planlarımızdan danışdıq. ”, – deyə R.Rüstəmov yazıb.