XƏBƏRLƏR / Elm və Texnologiya

Azərbaycan və İsrail elm sahəsində memorandum imzalayıblar

Bu barədə İsrail mətbuatı məlumat verib

Azərbaycan və İsrail elm sahəsində memorandum imzalayıblar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və İsrail elm sahəsində birgə memorandum imzalayıblar.

    İsraildə səfərdə olan Azərbaycanın elm və təhsil nazirinin müavini Həsənli İnnovasiya, elm və texnologiya naziri Qamliel ilə görüşüb. Görüş zamanı "Azərbaycan Elm və Təhsil Nazirliyi ilə İsrail İnnovasiya, elm və texnologiya Nazirliyi arasında elmi əməkdaşlıq proqramı haqqında Anlaşma Memorandumu" imzalanıb.

    Sənəd ali təhsil müəssisələri və tədqiqat institutları arasında birgə tədqiqat layihələrinin həyata keçirilməsini, tədqiqat layihələrinin birgə maliyyələşdirilməsini, doktorantların, alimlərin və müəllim heyətinin mübadiləsini, birgə tədbirlərin təşkilini və İsrail ilə digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.