XƏBƏRLƏR / Hadisə

Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi faciəsi

Bu barədə TASS xəbər verib

Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi faciəsi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Heyətində Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi Kerç boğazında fəlakətə uğrayıb: onlar dənizə çıxa bilmirlər, su və ərzaq ehtiyatları isə tükənir.

    Bu barədə TASS-a Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından məlumat verilib.

    "Türk gəmi sahibinə məxsus olan və Syerra-Leone bayrağı altında üzən "Lady Fortune" gəmisinin heyəti müraciət edib. Onlar bir neçə gün bundan əvvəl Kerçdən çıxıb Türkiyəyə getməli idilər. Lakin hazırda bu mümkün deyil - su ehtiyatı demək olar ki, qurtarıb, ərzaq da tükənmək üzrədir, gəminin texniki vəziyyəti, mürəkkəb hava şəraiti və işəgötürənin vicdansız olması, yəni artıq altı aydır onlara maaş verilməməsi ilə əlaqədar daha da ağırlaşır", - Həmkarlar İttifaqının nümayəndəsi bildirib.

    O, heyət üzvlərindən birinin Türkiyə, digərlərinin isə Azərbaycan vətəndaşı olduğunu qeyd edib.

    "Hazırda onlar Kerç boğazındadırlar, fəlakət siqnalı veriblər, lakin bu, əlverişsiz hava şəraiti ilə deyil, məhz onların aclıqla üzləşməsi ilə bağlıdır. Heyət Beynəlxalq Dənizçilər Həmkarlar İttifaqı ilə əlaqə saxlaya bilmədiyi üçün Rusiya Dənizçilərinin Həmkarlar İttifaqına müraciət edib", - nümayəndə əlavə edib.