XƏBƏRLƏR / Hadisə

Bakıda eniş edən təyyarə niyə həyəcan siqnalı göndərib?

Ankara - Bakı müntəzəm reysini həyata keçirən “Ajet” aviaşirkətinin təyyarəsi Bakı hava limanına təhlükəsiz eniş edib

Bakıda eniş edən təyyarə niyə həyəcan siqnalı göndərib?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 22 sentyabr 2025-ci il tarixində Ankara - Bakı müntəzəm reysini həyata keçirən “Ajet” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.

    Təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib.

    Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.

    Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir.

    Əlavə olaraq bildiririk ki, baş vermiş hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir.