XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı

Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov danışıb

Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ümumvətəndaş, diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi nəticəsində Azərbaycan vətəndaşlarının 95 ölkəyə sərbəst gediş-gəlişi təmin olunur.

    Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

    Deputat bildirib ki, 86 ölkəyə diplomatik və xidməti, 22 ölkəyə isə ümumvətəndaş pasportuna malik Azərbaycan vətəndaşları sərbəst gedib gələ bilir.