Azərbaycan YUNESKO-nun konfransında təmsil olunub FOTO
Məlumat Mədəniyyət Nazirliyindən verilib

Sentyabrın 29-dan oktyabrın 1-dək İspaniyanın Barselona şəhərində YUNESKO-nun Mədəniyyət Siyasəti və Davamlı İnkişaf üzrə Ümumdünya Konfransı (MODIACULT 2025) keçirilir.
Azərbaycan Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirdə ölkəni nazir Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransın rəsmi açılış mərasimi bu gün baş tutub. Çıxış edənlər üç gün davam edəcək konfransın əhəmiyyətini vurğulayaraq, onun məqsədlərini təqdim ediblər. Həmçinin qarşıda duran vəzifələr və yeni çağırışlar kontekstində atılacaq addımlar müzakirə olunub.
Daha sonra konsert proqramı təqdim olunub.
Qeyd edək ki, mədəniyyət naziri Adil Kərimlinin çıxış etdiyi konfrans çərçivəsində sentyabrın 29-da “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupunun 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu” da keçirilib.