Azərbaycana hansı ölkələrdən daha çox turist gəlir
Dövlət Sərhəd Xidmətinin və Dövlət Statistika Komitəsinin məlumatı
Azərbaycana hansı ölkələrdən gələn turistlər üstünlük verir?
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında dünyanın 181 ölkəsindən 918,8 min xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs Azərbaycana səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,9% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana gələn turistlərin
32,9 %-i Rusiyadan,
19,2 %-i Türkiyədən,
7,7 %-i İrandan,
5,2 %-i Hindistandan,
4,9 %-i Gürcüstandan,
2,4 %-i Səudiyyə Ərəbistanından,
2,3 %-i Pakistan və Qazaxıstandan,
2,1%-i Birləşmiş Ərəb Əmirliklərindən,
1,8%-i Özbəkistandan,
1,5%-i Ukrayna və Belarusdan,
1,3%-i Küveytdən,
1,2%-i Böyük Britaniya və Türkmənistandan,
12,5%-i - başqa ölkələrdən olub.
Azərbaycana gələn turistlərin 72,2 faizini kişilər, 27,8 faizini qadınlar təşkil edib.
Hesabat dövründə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 16,3 faiz artaraq 791,7 min nəfər olub.