Azərbaycanla İsrail arasında gediş-gəliş asanlaşır
Yeni sazişlə İsraildən Azərbaycana daha sərfəli uçuşlar təşkil olunacaq
Yaxın zamanda İsrail və Azərbaycan arasında yeni aviasiya sazişi təsdiq olunacaq.
Bu sazişlə İsraildən Azərbaycana daha sərfəli uçuşlar təşkil olunacaq.
İsrailin nəqliyyat naziri Miri Regev bəyan edib ki, Azərbaycanla yeni aviasiya sazişi təsdiq olunması üçün hökumətə təqdim edilib:
“Burada Bakıya uçuşların artırılması və müxtəlif aviaşirkətlər arasında rəqabətin təşviqi gələcəkdə hava nəqliyyatına təsir göstərəcək. Yerusəlim və Bakı arasında aviabiletlərin qiymətləri də ötən reyslərlə müqayisədə aşağı olacaq. Azərbaycanla yeni aviasiya sazişi iki müttəfiq ölkə arasında onsuz da çox səmimi olan münasibətləri gücləndirəcək”.
İsrailin Nəqliyyat Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, bu ölkənin vətəndaşlarının son zamanlar səyahət etmək istədikləri yerlərdən biri də Azərbaycandır.
“İsraillilər arasında tətilə tələbatın son vaxtlar artdığı bir ölkə olan Azərbaycandır. İmzalanan yeni müqavilə İsrail və Azərbaycan arasında daha çox aviaşirkətə birbaşa uçuşlar həyata keçirməyə imkan verəcək, beləliklə, rəqabəti stimullaşdıracaq və uçuş qiymətlərini aşağı salınacaq. Azərbaycan səyahətçiyə rahat, mehriban diqqətli qarşılanma təklif edir. Hava şəraiti əlverişli, yay və ya qış əla kulinariya təcrübəsi var",- deyə vurğulanıb.