DİQQƏT! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz
Bu lövhə Azərbaycan-Ermənistan sərhəddinin Həkəri keçid məntəqəsində bu gün ucaldılıb
Xəbər verildiyi kimi, aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri Ermənistanla sərhəddə Həkəri körpüsü yaxınlığında mövqe tutduqdan sonra Azərbaycan hökumətinin müvafiq xidmətləri Ermənistan Respublikası ilə şərti sərhədin təchiz edilməsi işlərinə başlayıb.
Azərbaycanın Laçın rayonunun girişində Ermənistan ərazisindən daxil olmuş vətəndaşların Azərbaycan Respublikasının ərazisində olması barədə xəbərdarlıq edən məlumat lövhəsi yerləşdirilib.