“Aztelekom” Xankəndi və Xocalıda internet şəbəkəsi qurur
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib
“Aztelekom” MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və rəqəmsal imkanları artırmaq üçün əsas internet infrastrukturunu istismara verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, “Aztelekom” Xankəndi və Xocalı ərazilərində internet magistral xəttinin və genişzolaqlı internet şəbəkəsinin təmin edildiyini qürur hissi ilə bildirir.
MMC işğaldan azad edilmiş torpaqlarda rabitə və rəqəmsal imkanların artırılması üçün tikintinin növbəti mərhələsinə keçməyə tam hazır olduğunu bəyan edib.
Qeyd edək ki, cari ilin 9 ayı ərzində Azərbaycanda 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49 faizini təşkil edir və cari ilin sonuna kimi 60 faizə çatdırılması hədəflənib.