XƏBƏRLƏR / Qayıdış

Xankəndidə silah-sursat aşkarlanıb

DİN xəbər verir

Xankəndidə silah-sursat aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 18-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silah, 1 tüfəng, 1 qumbaraatan, 7 qumbara, 6 alışdırıcı, 26 patron darağı, 8 mərmi, 740 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.