Qərbi Azərbaycana qayıtmaq təşəbbüsü həyata keçirilir
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Yaxın günlərdə Qərbi Azərbaycana qayıtmaq üçün Milli Məclisdə yaradılmış təşəbbüs qrupunun ilk iclası keçiriləcək.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Təşəbbüs qrupunun rəhbəri, millət vəkili və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli qeyd edib ki, Ermənistan Azərbaycana qarşı mina terroru siyasətini davam etdirir.
"Baş verən prosesləri nəzərə alaraq, icmanın müraciəti əsasında Milli Məclisdə təşəbbüs qrupu yaradılıb, inanıram ki, qrup qarşısına qoyulan vəzifələrin icrasına çalışacaq".